...SSRİ dağılandan sonra, 1990-cı illərdə Rusiya uçurumun kənarında idi. Onun oradan çıxarılıb dünya liderlərindən birinə çevrilməsi, ilk növbədə, prezident Vladimir Putinin xidmətidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Moskvada Bilik Cəmiyyətinin təhsil forumunda çıxışı zamanı Federasiya Şurasının sədri Valentina Matvienko deyib.
...Mən ilk gündən Putinin komandasının üzvüyəm, bununla fəxr edirəm. Biz hər mənada uçurumun üstündən asılmışdıq. Q vaxt sənaye və ordu dağılmışdı, maaşlar, pensiyalar bir il idi ki, verilmirdi. Pensiya fondu bom-boş idi. Amma prezidentimizin təcrübəsi, nəzakəti, ağrısı sayəsində ölkəni addım-addım bu uçurumdan çıxardı. 23 ildə o, ölkənin ləyaqətini özünə qaytardı. Biz anladıq ki, biz ayrı, unikal sivilizasiyayıq.
Matvienko bildirib bunu.
Gərək ki, bir müddət bundan əvvəl “...Putinin qərarı artıq Kremldə məlumdur və müşavirlər indi onun seçki kampaniyası üçün plan hazırlayırlar” demişdim.
Hə, bu da Sizə Putinin seçki təbliğatının əlamətlərindən biri...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB