Türkiyənin Adıyamanda şəhərində antik kənd yaxınlığında çadır qurularaq qeyri-qanuni qazıntı aparıldığı ilə bağlı iddia haqqında araşdırmalar başladılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, kənd yaxınlığındakı ərazidə çadır qurulduğunu görənlər, təhlükəsizlik gücləri ilə Adıyaman Muzey İdarəsinə xəbər veriblər.
Bölgəyə gedən heyət, içində heç kimin olmadığı çadırın içində çuxur qazıldığını və qazıntıda istifadə edilən alətlərin olduğunu aşkar edib.
Qeyri-qanuni qazıntı ilə bağlı araşdırma başladılıb və bölgəyə gedən Adıyaman Mədəniyyət və Turizm müdiri Abuzer Gelse, qeyri-qanuni qazıntı edənlərə göz yummayacaqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB