ABŞ-ın "Ohayo" sinifli nüvə sualtı qayığı Orta Şərqə çatıb

ABŞ-ın "Ohayo" sinifli nüvə sualtı qayığı Orta Şərqə çatıb

ABŞ Hərbi Dəniz Qüvvələri "Ohayo" sinifli nüvə sualtı qayığının Orta Şərqə çatdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" platformasından etdiyi paylaşımda "5 noyabr 2023-cü ildə "Ohayo" sinifli sualtı qayığın ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatdığı" deyilib.

Qeyd edək ki, "Həmas"ın silahlı qanadı olan İzzəddin əl-Kassam briqadalarının 7 oktyabr səhəri, "İsrailin fələstinliləri və müqəddəs dəyərlərini, xüsusən də Əqsa məscidini davamlı olaraq pozmasına cavab vermək" üçün həyata keçirdiyi hücumlarından sonra ABŞ bölgəyə iki təyyarə daşıyan gəmi göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə