Belə görünür ki, onlar “veş-vüşlərini” yığıb Taqanroqa tərəf çəkiləcəklər..?
...Novoazovsk yaxınlığındakı işğal olunmuş Sedovo kəndində noyabrın 5-də axşam saatlarında güclü partlayış səsləri eşidilib.
Sonradan məlum olub ki, partlayan Rusiya silah-sursat anbarıdır.
Mariupol Şəhər Şurasının deputatı Dmitri Zabavin “Kanal 24”-ə danışarkən Novoazovsk və Sedovodakı silah-sursat anbarının Rusiya hərbi təchizatının logistika zəncirinin bir hissəsi olduğunu bildirib.
Məlumdur ki, Rusiyanın Rostov vilayətindən işğal olunmuş Mariupola gələn, sonra isə Zaporojye və Uqledar istiqamətlərinə gedən bütün yüklər Novoazovsk və Mariupol vasitəsilə cəmləşib.
...Bu gün rusların Mariupol və Novoazov vilayətlərində döyüş texnikası və hərbi texnikanı, habelə şəxsi heyəti saxlamaq üçün təhlükəsiz yer yoxdur. Biz bunu öz gözlərimizlə gördük.
Bunu da Zabavin bildirib.
Qeyd edək ki, Novoazovsk hələ Rusiyanın Ukraynanı genişmiqyaslı işğalından əvvəl işğal edilmişdi. Və bundan sonra ruslar böyük miqdarda hərbi infrastrukturu şəhərin yaxınlığında cəmləşmişdi.
Bu günkü ehtimallara görə, ruslar yəqin ki, məhz Sedovoda helikopterləri təmir edirmişlər. Bəlkə də elə buna görədir ki, ATACMS raketləri ilə hücuma məruz qalan Berdyansk və Luqansk aerodromlarından tələsik köçürülüblər.
...Sedovoda baş verən güclü partlayışı nəzərə alsaq, ehtimal etmək olar ki, ruslar çoxlu sursat və hərbi texnika itkisinə məruz qalıblar. Bu o deməkdir ki, ruslar partlaya biləcək çoxlu silahları bir yerdə saxlayıblar.
Zabavinə görə, ruslar bu ərazilərdə silah-sursat anbarı yaradarkən, Ukrayna qüvvələrinin həmən ərazilərə gəlib çıxa biləcəklərini heç ağıllarına belə gətir gətirmirmişlər.
İndi isə belə görünür ki, onlar bütün “veş-vüşlərini” yığıb Taqanroq istiqamətində hərəkət etdirməli olacaqlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB