İspaniyanın Milli Xərçəng Araşdırma Mərkəzi dünyada ilk bioloji bank yaradıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bank metastatik beyin nümunələrini saxlamaq üçün yaradılıb.
Bu bank beyin xərçəngi xəstələrinin metastaz nümunələrini qəbul edir. Bunun üçün insan beyninin yüngül nümunələri düzgün rütubət və temperaturu saxlamaq üçün maye ilə doldurulmuş xüsusi qablara yerləşdirilir. Qabların içərisində yüksək səviyyədə sterillik və biotəhlükəsizlik çirklənmənin qarşısının alınmasını və beyin hüceyrələrinin strukturunun qorunmasını təmin edir.
Bu nümunələr daha sonra xərçəngə nəzarət üsullarını təkmilləşdirmək üçün tədqiq ediləcək. Bundan əlavə, bu nümunələr xərçənglə mübarizəyə yönəlmiş müxtəlif dərmanların təsirini öyrənmək üçün klinik tədqiqatlarda istifadə oluna bilər. Hazırda siçanlar üzərində belə təcrübələr aparılır, lakin insan hüceyrələrini də öyrənmək son dərəcə vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB