Filippində radio şousunun aparıcısı Xuan Cumalon evində ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, canlı yayımda olarkən silahlı hücum nəticəsində həyatını itirib. Belə ki, qatil aparıcını öldürdükdən sonra onun qızıl boyunbağını götürərək qaçıb.
Filippin prezidenti Ferdinand Markos jurnalistin ölümü ilə bağlı yazılı açıqlama yayıb: "Demokratiyamızda jurnalistlərə qarşı hücumlara yol verilməyəcək. Mətbuat azadlığını təhdid edənlər əməllərinin bütün nəticələri ilə üzləşəcəklər".
Filippinin Milli Jurnalistlər Birliyi Cumalon ilə birlikdə 1986-cı ildən bu yana ölkədə 199 jurnalistin öldürüldüyünü açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB