Fələstinin HƏMAS radikal hərəkatı telefon rabitəsi və internetin kəsildiyi Qəzza zolağında rouminq xidmətləri göstərilməsi ilə bağlı Misirə müraciət edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Fauzi Barhuman radikalların rəsmi “Telegram” kanalında yayımlanan bəyanatında bildirib.
“İsrail Qəzza zolağında telefon rabitəsi və interneti kəsib. Biz Misiri Misir şəbəkələrində rouminq xidmətlərini açmağa çağırırıq”, - deyə bəyanatda qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB