Almaniyada çaxnaşma yaşanıb

Almaniyanın Hamburq hava limanında silahlı şəxs ötən gecə radələrində dövlət nömrə nişanı olmayan nəqliyyat vasitəsi ilə baryerləri aşaraq hava limanının perronuna çırpılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, maşını havaya qalxmağa hazırlaşan Türk Hava Yollarına (THY) məxsus təyyarənin altında saxlayan şübhəli şəxs qızı ilə birlikdə Türkiyəyə getmək istədiyini bildirib.

Hadisə nəticəsində təxminən 3 min 200 sərnişin təxliyə edilib. Silahlı şübhəli havaya bir neçə dəfə atəş açıb. Bununla belə, heç bir ziyan baş verməyib. Yanğınsöndürənlər ola biləcək yanğın təhlükəsinə qarşı təyyarəyə su səpib.

Bütün xəbərlər Facebook səhifəmizdə