ABŞ dövlət katibi Entoni Blinken İraqa elan olunmamış səfəri zamanı ölkənin İranla münasibətlərini şərh edib.
SİA-nın əldə etdiyi məlumata görə, onun çıxışını “Sky News” yayımlayıb.
Blinken ABŞ-ın İranla münaqişə axtarmadığını, lakin Yaxın Şərqdə öz ordusunu qorumaq üçün bütün tədbirləri görmək niyyətində olduğunu vurğulayıb.
“Qəzzədəki hazırkı münaqişədən faydalanmaq istəyən və burada və ya bölgənin hər hansı bir yerində bizim qoşunlarımızı təhdid etməyə çalışanlara çox aydın mesaj göndərmək vacibdir: bunu etməyin”.
Bunu deyən amerikalı rəsminin sözlərinə görə, İraq hakimiyyətinin nümayəndələri ilə danışıqlar zamanı o, “iranpərəst qüvvələrin” Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumlarını “tamamilə qəbuledilməz” adlandırıb.
...Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlıları İsrailə hücum edib. Birinci gün onlar minlərlə raket atdılar, ölkəyə soxulub yüzlərlə insanı girov götürdülər. İsrail hücumu müharibə adlandırıb və Qəzza zolağında “Dəmir Qılınclar” əməliyyatına başlamaqla cavab verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB