Ukrayna müdafiəçiləri gün ərzində rusların bir neçə istiqamətdə 30-dan çox hücumunu dəf ediblər. Bu hücumların əksəriyyəti Donetsk vilayətinin Marinka və Avdeevka bölgələrindəki cəbhə xəttində baş verib.
SİA Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına istinadən xəbər verir ki, gün ərzində cəbhədə ruslarla 44 hərbi toqquşma olub.
Belə ki, Kupyansk istiqamətində ruslar aviasiyanın dəstəyi ilə Xarkov vilayətinin Petropavlovka və İvanovkanın şimal-şərqində yerləşən Sinkovka ərazilərində uğursuz hücumlar həyata keçiriblər. Burada Ukrayna əsgərləri düşmənin 5 hücumunu dəf edib.
Bundan əlavə, ruslar Donetsk vilayətində Kleşçievka və Andreevka yaxınlığında itirilmiş mövqelərini bərpa etməyə 4 dəfə cəhd göstəriblər. Ruslar Boqdanovka, Xrove və Cənubi Donetsk vilayətlərində də uğursuz hücum əməliyyatları həyata keçiriblər - orada Ukrayna müdafiəçiləri daha 5 hücumu dəf ediblər.
Ruslar aviasiya pərdəsi altında Donetsk vilayətinin Avdeevka, Severnoe və Pervomayskoe yaşayış məntəqələri ərazilərində Ukraynanın mövqelərinə basqın etməyə cəhd ediblər. Lakin bu cəhdlər uğursuz alınıb və müdafiə qüvvələri düşmənin 6 hücumunu dəf edib.
Maryinski istiqamətində Ukrayna qoşunları Donetsk vilayətinin Marinka bölgəsində uğursuz hücum əməliyyatları zamanı Rusiyanın 17 hücumunu, Zaporojye istiqamətində isə Verbovoy, Rabotinoy, Nesteryankinin şimalı və Zaporozyenin Pyatixatki şəhərlərindən şimal-qərbə hücum cəhdlərini dəf edə biliblər.
...Baş Qərargahın məlumatına görə, ukraynalı müdafiəçilər Melitopol istiqamətində, eləcə də Baxmut istiqamətində hücum hərəkətlərini davam etdirirlər. Orada Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının terrorçu qoşunlarına əhəmiyyətli itkilər veririr və bütün cəbhə xətti boyunca onları “tükəndirirlər”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB