Son günlər Avropada antisemitizm (...yəhudilərə qarşı etnik və dini dözümsüzlük, onların etnik və ya dini zəmində təqib edilməsi-A.B.) hadisələrinin artması qeyri-adi səviyyəyə çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu, tarixin bəzi “ən qaranlıq dövrləri” ilə bağlı hadisələri xatırladır.
Qeyd edək ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
Budur, Almaniyada sinaqoqa molotof kokteyli atılır, Fransada yaşayış binalarına Davud ulduzları (...massonluq simvolu-A.B.) çəkilir, Avstriyada yəhudi qəbiristanlığı murdarlanır, İspaniyada yəhudi dükanlarına və sinaqoqlara hücum edilir, nümayişçilər yəhudilərə qarşı nifrət şüarları səsləndirirlər.
Bunlar, dediyimiz kimi, Avropa Komissiyasının bəyanatında deyilir.
Bu arada Avropa Komissiyası Avropadakı yəhudilərin bu gün yenidən qorxu içində yaşadıqlarını bildirir.
...Brüssel antisemit hərəkətləri pisləyib və Avropa İttifaqı yəhudi icmalarına dəstəyini ifadə edib. Bəyanatda qeyd olunur ki, heç bir inancın nümayəndələri din və kimliklərinə görə zorakılıq qorxusu ilə yaşamamalıdırlar.
Yeri gəlmişkən, Avropa Yəhudi Konqresi Parisdə altıguşəli ulduzların göründüyü evlərdən birinin divarında küçə rəssamlarının “İsrail xalqı sağdır!” devizi altında İsraili dəstəkləyən divar rəsmləri yaratdığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB