“Krım körpüsünün gələcəyi acınacaqlıdır...”

“Krım körpüsünün gələcəyi acınacaqlıdır...”

...İşğal altında olan Kerçə “Storm Shadow” raketlərinin hücumu Moskva üçün çox ağır məğlubiyyətdir. Qeyd edək ki, ruslar orada çoxlu miqdarda hava hücumundan müdafiə silahları cəmləşdiriblər. Lakin, məsələ bundadır ki, bu, rusları xilas edə bilmədi. Bu o deməkdir ki, Krım körpüsünün gələcəyi acınacaqlıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin zabiti Aleksandr Babak deyir.

Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri ilə ən çox qorunan yerdə - Kerçdə hava hücumundan müdafiəni yarıb keçə bildiyini deyən Babak, istehza ilə Kerçdə yalnız Putinin bunkerinin daha yaxşı qorunduğunu deyir.

Krım körpüsünün Kerçdə yerləşdiyini deyən ukraynalı hərbçi, bunun təkcə rusların Ukraynanın cənubundakı işğalçı ordusunun mühüm logistik arteriyası deyil, həm də Rusiya Federasiyasının rəhbəri üçün müqəddəs obyekt olduğunu xatırladır.

Onu qorumaq üçün ruslar Kerçdə çoxlu hava hücumundan müdafiə vasitələri cəmləşdirsələr də, amma bu da dünən özünün “sızma” xarakterini nümayiş etdirdi.

“Dörd “Storm Shadow” raketi ilə biz 2-ci hədəfə çatdıq və vurduq.bu, fantastik nəticədir. Raketlər laylı hava müdafiəsindən keçib. Beləliklə, Krım körpüsünə hazır olun. Və Krımla Rusiya Federasiyası arasında bərə keçidi yaxın vaxtlarda hava şəraiti ilə əlaqədar fəaliyyətini dayandıracaq. Bayram yaxınlaşır”, -dediyimiz kimi, ukraynalı hərbçi yazıb bunu.

Xatırladaq ki, şənbə günü Ukrayna Silahlı Qüvvələri işğal altındakı Kerçdəki Zaliv gəmiqayırma zavoduna raket zərbəsi endirib. Rusiyanın “Kalibr” raketlərinin daşıyıcısı olan ən yeni “Askold” gəmisi dəqiqliklə vurulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə