Dünya tarixində ilk kosmos döyüşü bu həftə İsrailin Husilərin Yəməndən Eylat şəhərinə doğru atdığı ballistik raketi vurması ilə baş verib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə bazar günü, noyabrın 5-də Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Jurnalistlərin fikrincə, İsrail kosmik döyüşlərdə tarixi presedent olan raketi Yer atmosferindən kənarda vurmaq üçün “Arrow” raketdən müdafiə sistemindən istifadə edib.
Bundan əlavə, qəzetin yazdığına görə, bu həm də ilk dəfədir ki, ABŞ və İsrailin birgə hazırladığı “Arrow” raketdən müdafiə sistemi uzun mənzilli ballistik raketi yüksək hündürlükdə və yüksək sürətlə vurmaq üçün istifadə edilir.
Və bu təcrübə uğurlu olub.
...Bundan əvvəl İsrailin Qüds işləri və irs naziri Amixai Eliyaxu Qəzza zolağının nüvə bombası ilə bombalanması ehtimalını açıqlamışdı və bu, ölkə hakimiyyəti və siyasi xadimlərinin qınaqlarına səbəb olmuşdu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB