Zelenskidən etiraf...

Ukrayna prezidenti Vladimir Zelenski, Qərb ölkələrinin əksər sakinlərinin, o cümlədən siyasətçilərin Ukraynada uzanan hərbi münaqişədən yorulduqlarını etiraf edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə NBC telekanalına müsahibəsində danışıb.

...Əlbəttə, dünyada bir çox insan yorğundur - bu başa düşüləndir –deyən Zelenski əlavə edib ki, Avropa ölkələrinin bir sıra liderləri və siyasətçiləri də Kiyevi dəstəkləməkdən yorulublar.

Lakin onun fikrincə, onların başqa alternativləri yoxdur və bunu davam etdirmək məcburiyyətindədirlər.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti etiraf edib ki, digər ölkələr Moskva ilə Kiyev arasında vəziyyətin nizamlanması məsələsini Rusiya ilə müzakirə edə bilərlər. Onun sözlərinə görə, danışıqlarla bağlı heç bir konkretlik və təklif olmadan çoxlu müxtəlif səslər və emosiyalar eşidib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə