...Seçkilərə bir il qalmış prezident Cozef Baydenin yenidən seçilmək şansı azalır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” yazır.
...Əgər ABŞ-da prezident seçkiləri indi keçirilsəydi, Donald Tramp altı ştatından beşində - Pensilvaniya, Arizona, Corciya, Nevada və Miçiqanda Cozef Baydeni qabaqlayacaqdı.
Üstünlük üç ilə 10 faiz arasında qiymətləndirilir.
Bu, qələbə üçün lazım olan seçici səslərini təmin etmək üçün kifayət edəcək.
Qeyd edək ki, Bayden yalnız Viskonsin ştatında 2 faiz daha çox səs toplaya bilərdi. Orada sorğuda iştirak edən seçicilərin əksəriyyəti deyir ki, “Baydenin siyasəti onlara şəxsən zərər vurdu, Trampın siyasəti isə onlara kömək etdi”.
Seçicilərin üçdə ikisi ölkənin yanlış istiqamətdə getdiyini düşünür.
Həmçinin, respondentlərin 71 faizi Baydenin effektiv prezident olmaq üçün “çox yaşlı” olduğunu bildiriblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB