“Məsləhət xəttimiz həftənin yeddi günü açıqdır”

“Məsləhət xəttimiz həftənin yeddi günü açıqdır”

London xəstəxanalarının birində doğum sancısı olan qadınlara klinikanın reklamı üçün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin fotoşəkili olan broşürlər paylanıb.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq kadr “Instagram” istifadəçilərindən biri tərəfindən onlayn yerləşdirilib.

Kitabçadakı şəkildə Medvedev və iki həkim doğuş zamanı körpəsini daşıyan qadının çarpayısının yanında dayanıblar.

Maraqlıdır ki, kitabçada London xəstəxanasının ünvanı göstərilsə də, şəkil 2011-ci ildə Kostromadakı Rusiya doğum evində çəkilib.

Elanda isə “məsləhət xəttimiz həftənin yeddi günü açıqdır” deyilir.

Yeri gəlmişkən, bundan əvvəl Medvedev Avropanın deqradasiyası üçün on amili sadalamışdı ki, onların da çoxu bu və ya digər dərəcədə Rusiya ilə tərəfdaşlıq əlaqələrinin pozulması ilə bağlıdır.

Bu amillər arasında siyasətçi nisbi geosiyasi muxtariyyətin itirilməsini də qeyd edib ki, bu da Avropa İttifaqının “təkcə beynəlxalq arenada deyil, hətta Avropa müstəvisində” müstəqil fəaliyyət göstərə bilməməsi ilə bağlıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə