Britaniya kəşfiyyatı: "Rusiyanın cəbhədəki yeni düşməni..."

Britaniya kəşfiyyatı: "Rusiyanın cəbhədəki yeni düşməni..."

Ukraynada qışın yaxınlaşması ilə səngərdə olan Rusiya əsgərlərinin canını “vic-vicə” alıb. Belə ki, qarşıda rusları daha bir “düşmən” -yağış və soyuq hava gözləyir.

Deyilənlərə görə, ruslar həftələrlə səngərlərdəki palçığın içində, qurumağa vaxtı olmayan formalarda otururlar, hətta bir fincan çayla da isinmək bilmirlər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, rusiyalı qüvvələrin təchizatında böyük problemlər olduğundan şikayətlənirlər.

Qeyd edək ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yeni hesabatında deyilir.

...Ukraynada yerləşdirilmiş rus qoşunlarının şahidlərinin ifadələri göstərir ki, qış yaxınlaşdıqca əsgərlərin ünsürlərə qarşı əbədi mübarizəsi Rusiya ordusu üçün əsas narahatlıq olaraq qalır.

Yeri gəlmişkən, noyabrın 1-də Moskvada keçirilən Oqarkov oxunuşları çərçivəsində hərbi məsələlərə həsr olunmuş konfransda Ukraynadan Rusiya Federasiyası ərazisinə bir müddət əvvəl qayıdan rus əsgərləri bu barədə danışıblar.

Onların dediyinə görə, cəbhə xəttində olarkən həftələrlə “başdan-ayağa yaş” olublar.

Onlar nə əşyalarını quruda, nə də isinmək iqtidarında deyildilər, çünki Ukrayna qoşunlarının atəşə tutulması təhlükəsi üzündən “bir stəkan çay belə qaynada bilmirlər.

Rus əsgərləri çirkin yerdə oturub “hər gün yedikləri kaşa” yeməyə məcbur olduqlarından şikayətləniblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə