...Ukrayna hərbçisi, Odessa sakini Yuri Qlodan həlak olub.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna mətbuatı Qlodanın ölümünü onun keçmiş həmkarlarına istinadən yazır.
Xatırladaq ki, 2022-ci ilin aprelində Rusiyanın Odessaya raket hücumu zamanı Yuri Qlodanın üç aylıq qızı Kira, həyat yoldaşı Valeriya və anası Lyudmila həyatlarını itirmişdilər.
Həmən vaxt mağazaya gedən Yuri Qlodan evdə olmamışdı.
Beləliklə, ailəsinin ölümündən sonra Yuri cəbhəyə yollanıb. ...O, Ukrayna xalqının layiqli adamı kimi davrandı - Ukrayna Silahlı Qüvvələrinə qoşuldu. Əvvəlcə “Azov”, sonra 3-cü hücum bölmələrində vuruşub. Bu gün isə o, döyüşlərin birində, millətini müdafiə edərkən həlak olub.
Bunu deyən yaxını Yakovenko Qlodanın dəqiq harada öldüyü barədə məlumat verməyib.
Yeri gəlmişkən, Qlodanın ailəsi, keçən il aprelin 23-də bir neçə başqa şəxslə birlikdə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra Odessada ölən ilk mülki vətəndaşlar olmuşdular.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB