Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfər etmək niyyətindədir və orada respublika prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə barədə RİA Novosti yazır.
Agentliyin məlumatına görə, tərəflər Moskva və Astana gündəmində olan cari məsələləri müzakirə edəcəklər.
Xatırladaq ki, 2022-ci ilin noyabrında Putin və Tokayev Moskvada görüşmüşdülər. Danışıqların yekunu olaraq birgə bəyannamə imzalanmışdı.
Ekspertlərin fikrincə, Astana hazırda ehtiyatlı siyasət yürüdür.
Belə ki, respublikanın hakimiyyət orqanları gur bəyanatlarla çıxışlar edərək, Qərb dövlətlərinin təşəbbüslərini dəstəkləyirlər.
Eyni zamanda, analitiklər qeyd edirlər ki, “paralel idxal” marşrutlarından biri Qazaxıstandan keçir və ölkə Rusiyanın iqtisadi layihələrində fəal iştirak edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB