“Dünya ictimai rəyi artıq bizimlə deyil”

“X” platformasındakı hesabındakı paylaşımında ölkəsinin beynəlxalq arenada vəziyyətinin yaxşı olmadığını bildirən N.Bennet sözügedən mövzu ilə bağlı yazıb ...
“Dünya ictimai rəyi artıq bizimlə deyil”

İsrailin keçmiş baş naziri Naftali Bennet dünya rəyinin artıq onların tərəfində olmadığını bəyan edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “X” platformasındakı hesabındakı paylaşımında ölkəsinin beynəlxalq arenada vəziyyətinin yaxşı olmadığını bildirən N.Bennet sözügedən mövzu ilə bağlı yazıb: “Dünya ictimai rəyi artıq bizimlə deyil. “Tik-tok”da Fələstin tərəfdarı olan materiallar İsrail tərəfdarı olanlardan 15 dəfə çoxdur.

İsrail hökumətinə dəstək məqsədilə Nyu-York və ABŞ-da Vaşinqtonda görüşlərim olacaq”.

Xatırladaq ki, “Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam hərbi birlikləri oktyabrın 7-də səhər saatlarında “İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Əqsa məscidinə qarşı davamlı pozuntularına cavab vermək” məqsədilə genişmiqyaslı hücuma keçib. İsrail ordusu da Qəzza zolağına ağır hava zərbələri endirərək bombardmana başlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə ölü və yaralı var.

Bütün xəbərlər Facebook səhifəmizdə