İsrailin ifrat sağçı miras naziri Amihai Eliyahu blokadada olan Qəzza zolağına nüvə bombası atmağın imkanlardan biri olduğunu və bölgədə yaşayan fələstinlilərin ya İrlandiya, ya da səhraya getməli olduğunu bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Fələstinə qarşı düşmənliyi və ifrat sağçı baxışları ilə seçilən “Otzma Yehudit” (Yəhudi gücü) partiyasından koalisiya hökumətində yer alan Eliyahu qatıldığı radio proqramında Qəzza zolağında fələstinlilərə qarşı qalmaqallı açıqlamalar verərək deyib: “Heç bir humanitar yardımın Qəzzaya girməsinə icazə verilməməlidir.
Qəzza yəhudilərin məskəni olmalıdır”.
“Bəs Qəzzada yaşayan fələstinlilərin taleyi necə olacaq” sualına Eliyahu "İrlandiya və ya səhralara gedə bilərlər. Qəzzada olan "canavarlar" özləri çarə tapmalıdır" deyə cavab verib.
Aparıcının “Qəzzaya atom bombası atmağa ehtiyac varmı” sualını cavablandıran Eliyahu “Bu, ehtimallardan biridir” deyib.
Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam hərbi birlikləri oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB