İsraildə etirazçılar Netanyahunun evi qarşısında toplaşdı

İsraildə etirazçılar Netanyahunun evi qarşısında toplaşdı

İsraildə etirazçılar Baş nazir Benyamin Netanyahunun mənzilinin qarşısına toplaşaraq istefasını tələb ediblər. SİA xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata görə, buna səbəb HƏMAS terror qruplaşmasının oktyabrın 7-də İsrailə hücumu ilə çoxsaylı mülki vətəndaşın ölməsidir. Etirazçılar İsrailin milli təhlükəsizliyində problem olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə