“Kalibr” raketdaşıyıcısı Kerçdəki zavodda yerləşirdi..?

“Kalibr” raketdaşıyıcısı Kerçdəki zavodda yerləşirdi..?

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk şənbə günü, noyabrın 4-də ukraynalı pilotların işğal altında olan Kerçdəki “Zaliv” gəmiqayırma zavodunun infrastrukturunu qanadlı raketlərlə vurduqlarını bildirib

SİA-nın əldə etdiyi məlumata görə, komandan atılan raketlərin fransa itehsalı olan SCALP olduğuna da eyham vurub.

Qeyd edək ki, Oleşuk öz Teleqramında pilotlara uğurlu zərbələrə görə təşəkkür edib və zavodun ərazisində təcavüzkar ölkənin “Kalibr” qanadlı raketlərinin daşıyıcısının olduğunu qeyd edib.

Eyni zamanda o, hücumun nəticələrinin rəsmi təsdiqinin zəruri olduğunu bildirib.

Yeri gəlmişkən, o, həmçinin cavab olaraq Rusiyanın “İsgəndər” raketlərini vuran “Vostok” hava komandanlığının müdafiəçilərinə də təşəkkür edib.

Xatırladaq ki, Oleşuk daha əvvəl Ukraynanın sentyabrın 13-də işğal olunmuş Sevastopolda işğalçı ölkənin iri desant gəmisi “Minsk” və “Rostov-on-Don” sualtı qayığına hücum etmək üçün Britaniyanın “Storm Shadow” və Fransanın “SCALP” raketlərindən istifadə etdiyinə də eyham vurmuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə