Bu arada Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Ukraynaya qarşı təcavüzkar müharibə aparan Rusiya ilə sülh sazişi bağlamaq istəyinə qarşı xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya üçün sülh müqaviləsi yenidən silahlanma vaxtı deməkdir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “European Pravda” yazır.
Nazir belə hesab edir ki, Qərb ölkələri Kremlin çoxəsrlik imperiya təcavüzünə son qoymaq və bir neçə qitənin gələcəyini təmin etmək fürsətini əldən verməyə təhlükəli dərəcədə yaxındır.
...Uşaqlarımız onlar üçün qazdığımız səngərlərdə bizi söyəcəklər.
Qeyd etdiyimiz kimi, bunu Landsbergis bildirib.
Xatırladaq ki, bir müddət bundan əvvəl “NBC News”, ABŞ və Avropa İttifaqı rəsmilərinin Ukraynanın Rusiya ilə sülh danışıqlarının aparılması imkanlarını müzakirə etməyə başladıqları barədə xəbər vermişdi.
Telekanalın məlumatına görə, bu müzakirələr, xüsusən də Ukraynanın razılıq əldə etmək üçün nədən imtina etməli ola biləcəyindən danışılıb.
Kanalın mənbələrinin məlumatına görə, bu müzakirələr cəbhədəki vəziyyəti, Avropa və ABŞ-dakı siyasi vəziyyəti əks etdirir.
Müzakirələr ABŞ və Avropa rəsmiləri arasında müharibənin dalana dirənməsi və Ukraynaya yardımın davam etdirilməsi ehtimalı ilə bağlı narahatlıqlar fonunda keçirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB