Kerç bölgəsinə raket zərbəsi endirilib...

Kerç bölgəsinə raket zərbəsi endirilib...

Ukrayna ordusu şənbə günü Kerç bölgəsinə raket zərbəsi endirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya tərəfi iddia edir.

Heç kəsin xəsarət almadığı, hadisə şahidlərinin tərsanə ərazisində tüstülənmənin olduğu bildirilir.

Kerç boğazı üzərindən keçidlərin bağlandığı deyilir.

Krımın Rusiya rəhbəri Sergey Aksyonov bir neçə raketin ələ keçirildiyini bildirib.

Dağıntıların bir hissəsinin gəmiqayırma zavodunun quru doklarından birinin ərazisinə düşdüyü iddia edilir.

Digər təfərrüatlar verilmir.

Bu arada rusiyalı hərbi bloger Boris Rojin mənbə göstərmədən Krım körpüsünə hücum edildiyini iddia edir.

Qeyd edək ki, heç bir rəsmi mənbə bu barədə məlumat verməyib.

Şahidlərin bildirdiyinə görə, körpü kamuflyaj tüstüsü ilə örtülübmüş. O, nəqliyyat üçün bağlanıb.

Rusiya Müdafiə Nazirliyinə yaxın “Rybar” teleqram kanalı, zərbənin “Storm Shadow” qanadlı raketləri ilə dörd Su-24 təyyarəsi tərəfindən həyata keçirilə biləcəyini iddia edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə