Donald Lu Qazaxıstan və Özbəkistana niyə gəlir?

Dövlət Departamenti Blinkenin köməkçisinin Qazaxıstan və Özbəkistana səfərlərinin məqsədini açıqlayıb
Donald Lu Qazaxıstan və Özbəkistana niyə gəlir?

...ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lunun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 4-dən 11-dək Qazaxıstan, Özbəkistan və Hindistana səfər edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Amerikanın xarici siyasət idarəsində səfərlərin məqsədi strateji tərəfdaşlığın yaradılmasıdır?

Verilən məlumata görə, Donald Lu Astanada genişlənmiş ABŞ-Qazaxıstan Strateji Tərəfdaşlıq Dialoqunun növbəti raundunda iştirak edəcək və siyasi eləcə də iqtisadi məsələləri müzakirə edəcək.

Daşkənddə dövlət katibinin köməkçisi hökumət rəsmiləri ilə görüşəcək və ABŞ nümayəndə heyətinə strateji tərəfdaşlıq, genişləndirilmiş təhlükəsizlik əməkdaşlığı üzrə danışıqlara rəhbərlik edəcək.

Bundan sonra o, Pentanton rəhbəri Lloyd Ostin və dövlət katibi Antoni Blinken arasında hindistanlı həmkarları ilə “2 plus 2” formatında danışıqlarda iştirak etmək üçün Hindistana gedəcək.

Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makronun ölkənin enerji təhlükəsizliyini gücləndirmək məqsədilə Qazaxıstan və Özbəkistana səfər etdiyi bildirilirdi.

Xatırladaq ki, Mərkəzi Asiyanın hər iki ölkəsi enerji ehtiyatları ilə zəngindir və uranın əsas tədarükçüləri sırasındadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə