Yaxın Şərqdə gərginləşən hərbi münaqişə dünya liderlərinin diqqətini Ukraynaya yönəldir. Verilən xəbərə görə, bunu ölkə prezidenti Vladimir Zelenski Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə birgə mətbuat konfransında etiraf edib.
SİA-nın əldə etdiyi məlumata görə, videogörüntülər dövlət başçısının Facebook səhifəsində yerləşdirilib.
Ukrayna lideri etiraf edib ki, Kiyev artıq “demək olar ki, Ukraynaya diqqət yetirilməyib” vəziyyətdədir və vəziyyətin dəyişəcəyinə ümid etdiyini bildirib.
Zelenski həmçinin bildirib ki, ölkə hökuməti Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq üçün Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirir. Onun sözlərinə görə, Kiyev antikorrupsiya sisteminin səmərəli işləməsinə imkan verəcək qanunlar hazırlayıb. İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu haqqında qanun layihəsi də parlamentdə qeydə alınıb, hazırda dövlət xidmətlərinin rəqəmsallaşdırılması və lobbiçilik haqqında qanunun hazırlanması istiqamətində işlər aparılır.
Xatırladaq ki, noyabrın 4-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ölkənin Avropa İttifaqına daxil olma yolunu müzakirə etmək üçün Kiyevə səfər edib.
Bundan əlavə, tərəflər ölkənin bərpası üçün Avropa İttifaqının maliyyə dəstəyi mövzusuna da toxunublar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB