Rusiyaya qarşı 12-ci sanksiya paketi...

Rusiyaya qarşı 12-ci sanksiya paketi...

Avropa İttifaqı yaxın vaxtlarda Rusiyaya qarşı sanksiyaların yeni siyahısını dərc edəcək. SİA-nın əldə etdiyi məlumata görə,

bu barədə şənbə günü, noyabrın 4-də Ukraynanın paytaxtına səfərə gələn Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

“...Biz tezliklə 12-ci sanksiya paketini təklif edəcəyik” deyən Avropa Komissiyasının sədri, "X" sosial şəbəkəsində Rusiyanın yeni idxal və ixrac qadağaları, eləcə də neft qiymətlərini sərtləşdirmək üçün tədbirlər görəcəyini qeyd edib.

Bundan əlavə, Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün tədbirləri daha da sərtləşdirmək niyyətindədir.

“Bloomberg”in məlumatına görə, 12-ci sanksiyalar paketi Rusiyanı üçüncü ölkələr vasitəsilə mövcud qadağalardan yan keçmək imkanından məhrum etmək məqsədi daşıyır.

Sanksiya siyahısına 100-dən çox fiziki və 40 hüquqi şəxsin daxil ediləcəyi gözlənilir.

Ötən gün Rusiya prezidenti Vladimir Putin deyib ki, Qərbin sanksiya təzyiqlərinin artacağına hazır olmalıyıq.

Bu arada Macarıstan artıq məhdudiyyətlər enerjiyə aid olarsa, yeni sanksiyalar paketindən imtina edəcəyinə söz verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə