Şimali Kıbrıs Türk Respublikasının (KKTC) Baş naziri Ünal Üstel Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Toplantısındakı çıxışında ŞKTR-na verdiyi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
SİA-nın əldə etdiyi məlumata görə, Ünal Üstel Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanın paytaxtı Astanada keçirilən zirvə toplantısındakı çıxışında ŞKTR-ni böyük türk ailəsinin ayrılmaz parçası kimi xarakterizə etdiyini xatırladıb.
Ünal Üstel bildirib ki, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana bizə verdiyi dəstəyə görə minnətdarlığımı bildiririm.
ŞKTR Baş naziri Ünal Üstel zirvədən əvvəl keçirilən xarici işlər nazirləri toplantısında verdiyi açıqlamada "Kıbrısdakı türklərə tətbiq edilən ədalətsiz və insanlıqdan kənar təcridə qarşı birlikdə olmalıyıq" deyərək ŞKTR-yə dəstək verən Türkiyənin xarici işlər naziri Hakan Fidana da təşəkkür edib.
Türkiyənin ŞKTR-nı hər platformada dəstəklədiyinə diqqət çəkən Ünal Üstel deyib:''İnanıram ki, Şimali Kıbrıs Türk Respublikasını hər platformada dünyadan təcrid etməyə çalışanlar bu güclü mesajlar sayəsində heç vaxt məqsədlərinə çata bilməyəcəklər''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB