Rusiya müdafiəsini yarmaq üçün Ukraynaya güclü texnika verilib

Rusiya müdafiəsini yarmaq üçün Ukraynaya güclü texnika verilib

Ukrayna prezidenti Vladimir Zelenskinin Mühəndislik Qoşunları Günü münasibətilə hərbçilərlə görüşünün fotolarında Amerikanın “Abrams M-1” tankı əsasında yaradılmış 55 tonluq güclü “Assault Breacher” maşını görünüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu maşın düşmənin minalanmış sahələrini aşmağa, piyada və digər texnikanın irəliləməsi üçün yolu təmizləməyə qadirdir.

Qeyd edək ki, bu barədə Forbes yazır.

Nəşrin jurnalistləri qeyd edir ki, ABŞ belə maşınların Ukrayna Silahlı Qüvvələrinə verildiyini açıqlamayıb və onlardan neçəsinin Ukrayna Silahlı Qüvvələrinin sərəncamında olması barədə məlumat sirr olaraq qalır.

Qeyd edək ki, deyilənlərə görə, “Assault Breacher” 4 milyon dollara başa gəlir. Onun ekipajı iki nəfərdən ibarətdir. Bu zirehli maşın torpağa basdırılmış minaları partlatmaq, həmçinin hücum üçün təhlükəsiz yolda izlər qoyaraq düşmən səngərlərini doldurmaq üçün öz şumlarından istifadə edə bilər.

Eyni zamanda, ekipaj üçün qorunma dərəcəsi çox yüksəkdir, çünki “Assault Breacher” dünyada ən təhlükəsiz mina təmizləmə maşınlarından biridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə