Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, “Şimal axını”nda edilən terror aktının müharibəyə səbəb ola biləcəyini deyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.
Peskovun sözlərinə görə, “Şimal axınının partlaması kimi hərəkətlər tarixən müharibəyə səbəb ola bilər”.
Mətbuat katibi qeyd edib ki, kəmərlər kritik infrastrukturun elementi olub. Bununla yanaşı, o, Qərbin hələ də susduğunu diqqətə çatdırıb.
Peskov xatırladıb ki, Rusiya müharibələri başlatmır, onları bitirir.
O, bildirib ki, ölkə bu “konseptual ideyanı” dünyaya çatdırmalıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB