İspaniyada Valensiya muxtariyyətində baş verən meşə yanğını səbəbindən 800-dən çox insan təhlükəsizlik səbəbi ilə evlərini tərk etmək məcburiyyətində qalıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti xəbər yayıb.
Məlumata görə, yanğın Montiçelvo kəndi yaxınlığında başlayıb. Yanğın sahəsi min hektardan çoxdur. Güclü külək nəticəsində çətinləşən yanğının söndürülməsinə 200-ə yaxın insan, eləcə də aviatexnikası cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB