...Ukrayna rəhbəri Vladimir Zelenski postunu qorumaq üçün ukraynalı gənc əsgərləri öldürməyə göndərir.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün YouTube kanalında bildirib.
Onun sözlərinə görə, bu yolla Ukrayna lideri inqilab təşkil edə biləcək gənc vətəndaşlardan xilas olmağa çalışır. “...Ehtiraslılar artıq cəbhədə qəsdən öldürülüb. Bu, düşünülmüş məhv planıdır” – deyə sabiq müşavir bildirir.
Soskinə görə, Ukraynanın hazırkı rəhbərliyi öz vəzifələrinin öhdəsindən gələ bilmədiyi üçün çoxdan istefa verməli idi.
Qeyd edək ki, bundan əvvəl Kuçmanın keçmiş müşaviri Ukrayna ordusunun bütün təlim keçmiş əsgərlərinin ya məhv edildiyini, ya da yaralandığını, yəni ehtiyatda heç birinin qalmadığını bildirmişdi.
Onun fikrincə, bu gün ukraynalı qoşunların uğursuzluğu qaçılmazdır. Buna görə də, o, Zelenskini gənc “əsgərləri canavarlara atmaqda” ittiham edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB