Rusiyada yenə də xeyli “xarici agent” aşkar edilib...

Rusiyada yenə də xeyli “xarici agent” aşkar edilib...

Bu arada Rusiya Ədliyyə Nazirliyi “xarici agentlər” reyestrinə yeni əlavələr edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyahıya “Agentura.ru” saytının baş redaktoru Andrey Soldatov, “Xodorkovski Live”-nin jurnalisti Dmitri Elovski, jurnalist Dmitri Qubin, politoloq Mariya Sneqovaya və hüquqşünas Kirill Kaçura da daxil ediliblər.

Qeyd edək ki, Qorno-Altayskdan olan “Tuba Kalyk” regional milli-mədəni ictimai təşkilatı ləğv olunduğu üçün reyestrdən çıxarılıb.

Yeri gəlmişkən, Mariya Sneqovaya politoloq və Corc Vaşinqton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun elmi işçisi, eləcə də Azad Rusiya Forumunun iştirakçısıdır. Onu da qeyd edək ki, o, dəfələrlə beynəlxalq mediaya Kremlin hazırkı siyasəti və Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı şərhlər verib.

...Dmitri Qubin jurnalist və televiziya və radio aparıcısıdır, “Kommersant” qəzetində, “Oqonyok” jurnalında və Vesti-FM radiosunda işləyib. 2017-ci ildən Almaniyada yaşayır.

Dmitri Evlovski “Dojd” telekanalının keçmiş baş redaktor müavinidir.

Kirill Kaçur Rusiya Federasiyası İstintaq Komitəsində xüsusilə mühüm işlər üzrə keçmiş müstəntiq olub və sonradan öz hüquq firmasını təsis edib. Rusiyada o, oğurluq və külli miqdarda pul tələb etməkdə ittiham olunur və qiyabi həbs edilib.

Jurnalist Andrey Soldatov Federal Təhlükəsizlik Xidməti haqqında kitabların müəllifidir. O, həmmüəllifi İrina Boroqan ilə birlikdə Rusiya kəşfiyyat xidmətləri haqqında məlumatları dərc edən agentura.ru mediasını yaradıb. 2022-ci ilin martında sayt Roskomandzor tərəfindən bloklanıb. Yeri gəlmişkən Soldatov hərbi “saxta”larla bağlı iş açılan ilk jurnalistlərdən biridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə