Ukrayna prezidenti Vladimir Zelenski ölkədə prezident seçkilərinin 2024-cü ilin yazında keçirilməsi imkanını nəzərdən keçirir. Bu barədə xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
“Biz bu səhifəni bağlamırıq. Prezident bütün müsbət və mənfi cəhətləri nəzərdən keçirir”, - Kuleba jurnalistlərin müvafiq sualına cavab olaraq bildirib.
SİA bu barədə TASS-a istinad edir.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin əlavə edib ki, hərbi əməliyyatlar dövründə seçkilərin keçirilməsi “görünməmiş çağırışlarla” dolu olacaq.
Xatırladaq ki, Ukraynada parlament seçkiləri bu ilin oktyabrında keçirilməli idi, lakin hərbi vəziyyətə görə baş tutmadı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə