ABŞ Fələstin dövlətinin yaradılmasını təklif edir

ABŞ Fələstin dövlətinin yaradılmasını təklif edir

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Qəzza zolağı ilə Təl-Əviv arasında sülhə nail olmağın yeganə yolu Fələstin xalqı üçün öz dövlətinin yaradılmasıdır. Qəzza zolağı ilə Təl-Əviv arasında münasibətləri həll etməyin yeganə etibarlı yolu iki xalq üçün iki ayrı dövlətin yaradılmasıdır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirilən bugünkü mətbuat konfransında bildirib.

“...Bəlkə də ən yaxşı yol, hətta mən deyərdim ki, yeganə yol, iki xalq üçün iki dövlətin yaradılmasının həllidir. Bu, yəhudi və demokratik İsrail üçün uzunmüddətli təhlükəsizliyi təmin etməyin yeganə yoludur. Və fələstinlilərin qanuni istəklərini həyata keçirməsinin yeganə yolu öz dövlətlərini yaratmaqdır”.

Bunu deyən Blinken bildirib ki, Amerika HƏMAS-ın məhv edilməsindən sonra gələcək addımlar barədə tərəfdaşları ilə danışıqları davam etdirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə