BMT nasizmlə mübarizə ilə bağlı Rusiya qətnaməsini qəbul edib

BMT nasizmlə mübarizə ilə bağlı Rusiya qətnaməsini qəbul edib

BMT Baş Assambleyasının (GA) sosial, humanitar və insan hüquqları məsələləri ilə məşğul olan Üçüncü Komitəsi nasizmin tərənnümünə qarşı mübarizə üçün Rusiya qətnaməsini qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Qeyd olunur ki, səsvermə zamanı 112 ölkə lehinə, Ukrayna, Almaniya, ABŞ, Kanada və Böyük Britaniya da daxil olmaqla 50 ölkənin nümayəndəsi qətnamənin əleyhinə səs verib.

Qəbul edilmiş qətnamədə ölkələrə İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasının və nasistlər tərəfindən törədilmiş bəşəriyyətə qarşı cinayətlərin inkarının qarşısını almaq üçün qanunvericilik və maarifləndirici tədbirlər görməyi tövsiyə edən müddəalar yer alıb.

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi Böyük Vətən Müharibəsi illərində Ukrayna SSR ərazisində dinc əhalinin soyqırımında qiyabi ittiham olunan keçmiş Ukrayna SS-çi Yaroslav Qunkonu axtarışa verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə