“İsrail hərbi əməliyyatlardan sonra Qəzza zolağına nəzarət etməyəcək”
İsrail hərbi əməliyyatların sonunda Qəzzaya nəzarəti ələ keçirməyəcək.
SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İsrailə səfərə gələn ABŞ dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, İsrail hakimiyyəti açıq şəkildə bildirib ki, Qəzza ərazisi üzərində nəzarəti bərqərar etmək və bu məsuliyyəti öz üzərlərinə götürmək niyyəti eləcə də istəkyi yoxdur.
Dövlət katibi vurğulayıb ki, HƏMAS Fələstin ərazilərində hakimiyyətdə qalmamalıdır. Onun fikrincə, bu, qəbuledilməzdir.
Bu gün İsrailin müdafiə naziri Yoav Qallant Blinkenə Qəzza zolağında atəşkəsin şərtləri barədə danışıb. Əsas məsələ, deyildiyi kimi, girovların azad edilməsidir.
Xatırladaq ki, oktyabrın 7-də kütləvi raket hücumundan sonra bir neçə min HƏMAS yaraqlısı Qəzza zolağından İsrail ərazisinə daxil olub. 200-dən çox girov əsir götürülüb.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri “Dəmir Qılınclar” əməliyyatının başladığını elan edib və İsrail Milli Təhlükəsizlik Şurası Qəzzaya su, qida, elektrik eləcə də yanacaq tədarükünün dayandırılmasına qərar verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB