...Noyabrın 3-də Ukraynadakı müharibədə rus ordusunun itkiləri 35 780 nəfər təşkil edib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu BBC və Mediazona xəbər verir.
Təbii ki, bunlar yalnız açıq mənbələr vasitəsilə adları müəyyən edilənlərdir.
Müstəntiqlər vurğulayırlar ki, itkilərin real sayı ən azı bir yarım-iki dəfə çox ola bilər.
Qeyd edək ki, oktyabrın 20-də edilən əvvəlki yeniləmədən sonra siyahıya 923 nəfər əlavə edilib. Bu, son aylar üçün orta göstəricidir.
Polkovnik-leytenantdan və ondan yuxarı rütbəli zabitlərin siyahısına üç nəfərin adı əlavə edilib.
Polkovnik Sergey Xmelev bir ildən çox əvvəl, 2022-ci ilin sentyabrında vəfat edib. 5-ci ordunun qərargah rəisinin müavini olub.
Polkovnik Denis Lisov Xabarovsk diyarında tank təlimi bölməsinə komandirlik edib. Müharibədən əvvəl polkovnik-leytenant Mixail Fedoseyev Volqoqraddan 20-ci Qvardiya motoatıcı briqadasında xidmət etmiş, cəbhədə isə hücum batalyonuna komandirlik etmişdir.
Onu da qeyd edək ki, ən çox dəfn mərasimləri Sverdlovsk, Çelyabinsk və Rostov vilayətlərinə, Başqırdıstan və Buryatiyaya gəlir.
Bir daha xəbərdarlıq edilir: bu məlumatlar tam deyil. Onlara yalnız adları və dəfn yerləri müəyyən edilə bilən ölülər daxildir. Digər tədqiqat üsulları nəzərəçarpacaq dərəcədə yüksək rəqəmlər verir. Belə ki, Mediazona və Meduza-nın hesablamalarına görə, 2023-cü ilin may ayının sonuna qədər ölənlərin sayı təxminən 47 min nəfər olub. Analitiklər bu rəqəmi 2022-ci ilin fevralından başlayaraq döyüş yaşında olan kişilərin həddindən artıq ölüm hallarını öyrənərək əldə ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB