Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Elizabet Trossel İsrailin Qəzzadakı Cibaliya qaçqın düşərgəsinə hücumlarını pisləməkdən çəkinib.
Trossel BMT-nin İsveçrədəki ofisində təşkil edilən həftəlik mətbuat konfransından sonra İsrail-Fələstin münaqişəsi ilə bağlı mətbuata açıqlama verib.
SİA-nın əldə etdiyi məlumata görə, jurnalistin ''İsrailin Qəzzadakı Cibaliya qaçqın düşərgəsinə hücumunu qınayırsınızmı?" şəklindəki sualını cavablandıran Trossel deyib: "Buranın dinc əhalinin sıx yaşadığı yaşayış məntəqəsi olduğunu gördük.Bu səbəbdən bu hücum narahatlıq doğurdu''.
Bu cür qeyri-mütənasib hücumlara görə narahat olduqlarını vurğulayan Trossel bunun hərbi cinayət hesab edilə biləcəyini deyib.
Trossel jurnalistin "Niyə hücumu pisləməkdən çəkinirsiniz? İsrail artıq bunu rəsmən təsdiqlədi'' şəklindəki sualını belə cavablandırıb: "Bu (münasibət) qınamaqdan imtina etmək deyil, əsasən çox konkret olmağa çalışmaq və bundan da narahat olduğumuzu söyləməkdir''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB