Bu arada Heyvan yemi istehsal edən Sibirin “Pet-Agro” şirkəti it yeminin dadını qiymətləndirməli olacaq mütəxəssis üçün vakansiya elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.
Deməli, işçinin maaşı ayda 270 min rubl olacaq. Onun əsas vəzifəsi həm şirkətdən, həm də üçüncü tərəf istehsalçılarından fərqli it yemlərini dadıb sınamaq olacaq. Və sonradan məhsullarının keyfiyyətini artırmaq üçün texnoloqlara rəy bildirmək lazım gələcək.
Şirkətdən verilən məlumata görə, vakansiyalar bütün dünyada adi haldır.
Təəbii ki, hər hansı bir it yediyi yeməyin niyə digərindən daha yaxşı olduğunu söyləyə bilməyəcək, onu şirkət nümayəndəliyinə meyarlara görə təsvir edə bilməyəcək və sairə və ilaxır...
Ona görə də bütün bu məsələləri “sahmana salmaq üçün” insana ehtiyac duyulub.
Şirkət direktoru Anton Myaqkov, işçinin məvacibinin yüksək olduğunu da “gözə soxub”- 270 min rubl.
...Yeri gəlmişkən Baş nazirin müavini Tatyana Qolikova noyabrın 1-də bildirib ki, Rusiyada orta aylıq əmək haqqı 2023-cü ilin ilk səkkiz ayında real ifadədə 7,5 faiz artaraq ayda 70,3 min rubla çatıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB