İsrailin BMT-dəki nümayəndəsi Nebenzaya sərt cavab verib

İsrailin BMT-dəki nümayəndəsi Nebenzaya sərt cavab verib

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan, Rusiyanın HƏMAS-ın İsrailə hücumundan dünyanın diqqətini Ukraynadakı müharibədən yayındırmaq üçün “ən azğın şəkildə” istifadə etdiyini bildirib.

...Rusiya nümayəndəsinin İsrail haqqında insan haqları və beynəlxalq hüquqla bağlı əxlaq ifadəsini eşitmək gülməlidir. BMT-nin İnsan Haqları Şurasından xaric edilən ölkənin nümayəndəsi əxlaqdan danışır. Bizə öyrədəsi olsa, ən sonda Rusiya öyrədəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu israilli Erdan bildirib.

Daha sonra o əlavə edib ki, minlərlə vətəndaşı terrorçular tərəfindən öldürülərsə və ya qaçırılsa, Rusiyanın necə reaksiya verəcəyini “hamı başa düşür”.

Qeyd edək ki, İsrail diplomatı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzinin daha əvvəl İsrailin özünümüdafiə hüququndan məhrum etdiyi sözlərinə belə cavab verib.

Xatırladaq ki, Nebenzya dünən BMT Baş Assambleyasının fövqəladə xüsusi sessiyasında çıxışı zamanı İsrailin işğalçı dövlət kimi özünümüdafiə hüququnun olmadığını, bunu Beynəlxalq Ədalət Məhkəməsinin 2004-cü ildəki məsləhətçi rəyində də öz təsdiqini tapdığını bildirib.

...Lakin 9 iyun 2004-cü il tarixli sənədin özündə İsrailin özünümüdafiə hüququ olmadığı deyilmir, sadəcə qeyd edilir ki, bu hüquq BMT-nin işğal olunmuş kimi tanıdığı ərazidə ayırıcı sədd çəkməyə imkan vermir.

Bunu da Nebenzya deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə