Əgər Rusiyanın Ukrayna ilə dostluq münasibətləri olsaydı...

Əgər Rusiyanın Ukrayna ilə dostluq münasibətləri olsaydı...

...2014-cü ildə Ukraynada dövlət çevrilişi olmasaydı, Rusiya və Krımın yenidən birləşməsi baş verməzdi. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

SİA TASS-a istinadən xəbər verir ki, prezident İctimai Palatanın yeni tərkibi ilə görüşündə deyib ki, əgər Rusiyanın Ukrayna ilə dostluq münasibətləri olsaydı, Krımla bağlı “yaşananlar baş verməzdi, yəni heç kəsin ağlına belə gəlməzdi”.

“Yaxşı, necə? Əgər orada hər şey qaydasında olsaydı və rus xalqına, rus dilinə eləcə də mədəniyyətinə normal münasibət göstərilsəydi, bu dövlət çevrilişləri olmazdı, o zaman Krımda bizim hərəkət etdiyimiz kimi davranmaq Rusiyada kiminsə ağlına gələrdi? Əlbəttə ki, yox. İnsanları bu nasist pisliyindən qorumaq lazım idi”.

Bunu deyən dövlət başçısı, Rusiyanın öz dəyərlərini, tarixini, mədəniyyətini, dilini Donbassda və Novorossiyada da qoruduğunu əlavə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə