“Onlar yaxşı saya bilmirlər”..?

“Onlar yaxşı saya bilmirlər”..?

Bu arada Rusiya prezidenti Vladimir Putin ABŞ-ın tərtib etdiyi sanksiya siyahılarındakı qeyri-dəqiqlikləri ironiya ilə şərh edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, noyabrın 3-də dövlət başçısı Rusiya Federasiyası İctimai Palatasının yeni tərkibi ilə görüşüb.

Söhbət zamanı Xerson Pedaqoji Universitetinin jurnalistika kafedrasının müdiri Aleksandr Malkeviç, səkkiz sanksiya siyahısına, iki dəfə isə Amerikanın tərtib etdiyi sanksiya siyahısına salındığını bildirib.

Putin isə istehza ilə “onlar yaxşı saya bilmirlər”-deyə bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə