Rus komandirləri əsgərlərini satışa çıxarırlar..?

Rus komandirləri əsgərlərini satışa çıxarırlar..?

...Ukraynaya qarşı döyüşən rus ordusunda komandirlər öz əsgərlərini satırlar? Deyilənlərə görə, hər bir əsgərin qiyməti 25 min rubl, yəni təxminən 267 dollardır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiyada araşdırma jurnalistikasında ixtisaslaşmış onlayn nəşr olan “Mühüm hekayələr” yayıb

Belə ki, onlayn nəşrin jurnalistləri Xakasiyadan səfərbər olunmuş rus əsgərinin anası ilə söhbət ediblər.

Rusiyalı ananın dediyinə görə, cəbhədə yaralanaraq xəstəxanaya aparılan oğlunun sənədlərdə onun əsir və PMC yaraqlısı olduğu qeyd olunub.

Məlum olub ki, o və həmkarları komandirləri tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyinin nəzarətində olan “Redut” PMC-yə məxsus “Veteranlar” hücum briqadasına satılıblar.

Ananın dediyinə görə, hücum briqadasında onların hər biri üçün 25 min rubl ödənildiyi bildirilib.

Və onlara xəbərdarlıq edilib ki, indi onlardan istənilən şəkildə istifadə ediləcək. Əmrə tabe olmayanlar isə “sıfırlanacaq”, yəni edam ediləcək.

Rus qadının sözlərinə görə, indi hospitalda müalicə alan oğlunun da həbsxanadan cəbhəyə göndərildiyi qeyd olunub deyə, hospital işçiləri ondan son dərəcə ehtiyatlanırlar.

Yeri gəlmişkən, Rusiya həbsxanalarından ən qatı cinayətkarları qeydiyyata alıb döyüşlərə göndərmək, təbii ki, “Vaqner” PMC, onun “memarı” Yevgeni Priqojinin adı ilə bağlıdır.

Qeyd edilməlidir ki, “Vaqner” PMC-də itkilər böyük olsa da, amma bu taktika sonda uğurlu hesab edildi və Rusiya Müdafiə Nazirliyi ondan istifadə etməyə başladı və elə indi də davam edir...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə