ABŞ dövlət katibi Antoni Blinken oktyabrın 7-də münaqişələr başlayandan bəri üçüncü dəfə İsrailə səfər edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Blinken səfəri çərçivəsində əvvəlcə İsrailin baş naziri Binyamin Netanyahu, daha sonra isə ölkənin hərbi kabinetinin üzvləri ilə görüşəcək.
Blinkenin prezident İsaak Hersoqla da görüşməsi planlaşdırılır. ABŞ-ı tərk etməzdən əvvəl jurnalistlərə açıqlama verən Blinken Fələstin mülki vətəndaşlarına dəyən zərərin azaldılmasını təmin etmək üçün İsraildən konkret tədbirlər istəyəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB