Ermənilər yol və kommunikasiyaların mühafizəsi üçün xüsusi bölmə yaradıb
Ermənistanda yolların və digər kommunikasiyaların təhlükəsizliyinə nəzarət edən xüsusi bölmə yaradılıb. Respublikanın Milli Təhlükəsizlik Xidmətinin nəzdində yaradıləb.
Beləliklə, SİA-nın əldə etdiyi məlumata görə, Ermənistanda regional və beynəlxalq əhəmiyyətli yolların və digər kommunikasiyaların təhlükəsizliyinə nəzarət edən bölmə yaradılıb.
Bunu respublikanın baş naziri deyib.
Nikol Paşinyanın sözlərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılıb.
O, avtomobil və dəmir yolu ilə daşınan insanların və yüklərin təhlükəsizliyinə nəzarət edəcəyini vurğulayıb. Onun vəzifələrinə həmçinin elektrik xətlərinin, qaz kəmərlərinin və digər infrastruktur obyektlərinin işinə nəzarət də daxildir. “Hazırlıq işləri aparmışıq və indi artıq deyə bilərik ki, bölmə formalaşıb, kifayət qədər heyətlə təmin olunub və dünən işə başlayıb”.
Bunu da Paşinyan deyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə