Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Qara dənizəki nəzarətini tədricən itirdiyini və su zonasının şərq hissəsinə çəkildiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, prezident Zelenski bunu Ukrayna tərəfinin seçiciliyi, kəşfiyyat, təhlükəsizlik qüvvələri, , məmurların cəbhəyə xüsusi diqqət yetirmələri ilə əlaqələndirib.
Prezidentin sözlərinə görə, dəniz ixrac dəhlizimizin işi ilə bağlı hesabat dinlənilib. O, Ukraynanın dünya bazarına çıxışını qoruyub saxlamaq üçün mübarizə aparan və çalışan hər kəsə təşəkkür edib.
“Nəticələr yaxşıdır. Rusiya Qara dənizə nəzarəti tədricən itirir və su zonasının şərq hissəsinə çəkilir. Biz bunu orada da əldə edəcəyik”, - deyə Ukrayna prezidenti əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB