Kolumbiya ordusunun veteranları Ukrayna tərəfində döyüşürlər..?

Deyilənlərə görə, Kolumbiya ordusu Cənubi Amerikanın ən güclü və döyüşə hazır ordularından biridir
Kolumbiya ordusunun veteranları Ukrayna tərəfində döyüşürlər..?

Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Legionunun tərkibində Kolumbiya ordusunun bir neçə yüz veteranı rus işğalçılarına qarşı döyüşür.

SİA-nın əldə etdiyi məlumata görə, Kolumbiya ordusu Cənubi Amerikanın ikinci böyük ordusu və regionda real döyüş təcrübəsi olan yeganə ordudur.

Qeyd edək ki, bu barədə “The New York Times” yazır.

Nəşr qeyd edir ki, cəbhədə Ukraynanı müdafiə edən əcnəbi könüllülər iki ayrı kateqoriyaya aiddirlər.

Birincidə - mənəvi əqidə, macəra axtarışları və ya Rusiyaya nifrət səbəbiylə Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulan varlı Avropa ölkələrinin nümayəndələri.

İkinci kateqoriyaya sırf maddi səbəblərdən bu müharibədə iştirak edən yoxsul ölkələrin döyüşçüləri daxildir.

Məsələn, Kolumbiyadan olan snayper, bir dənə də olsun həmyerlisinin demokratiyanı müdafiə etmək üçün buraya gəlmədiyini etiraf edir. O, bura gələnə qədər Ukrayna barədə heç nə eşitmədiyini, gəlişinin səbəbini isə iqtisadi motivlərdən qaynaqlandığını bildirib.

“The New York Times” qeyd edir ki, kolumbiyalıların Rusiya-Ukrayna müharibəsində iştirakı çox da qəribə deyil. Marksist üsyançılar və paramiliter narkotik kartelləri ilə onilliklər boyu davam edən müharibədən sonra Kolumbiya nəhayət Cənubi Amerikanın bəlkə də ən güclü ordusuna sahib olub.

Və əgər ABŞ-ın Kolumbiya ordusuna təlim keçməyə kömək etdiyini nəzərə alsaq, bunlar həqiqətən ixtisaslı əsgərlərdir.

Yeri gəlmişkən, Ukrayna və Kolumbiya rəsmiləri Ukrayna Silahlı Qüvvələrinin sıralarında olan Kolumbiya vətəndaşlarının sayını açıqlamayıb, sadəcə olaraq, söhbətin Kolumbiya ordusu ilə birbaşa əlaqəsi olmayan könüllülərdən getdiyini vurğulayırlar.

Və sonda bildirək ki, Beynəlxalq Legionun döyüşçülərinin maaşı Ukrayna uğrunda döyüşən digər əsgərlərin maaşı ilə eynidir - yəni təxminən 3000 dollar.

Deyilənlərə görə, bu Kolumbiya üçün çox yüksək rəqəmdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə