Bəhreyn İsraillə əlaqələri dayandırdı...

Bəhreyn İsraillə əlaqələri dayandırdı...

Bəhreyn hakimiyyəti İsrailin Qəzza zolağındakı hərəkətləri fonunda Fələstin xalqına dəstək nümayişi olaraq İsraildəki səfirini geri çağırmaq və yəhudi dövləti ilə iqtisadi əlaqələri dayandırmaq qərarına gəlib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Bəhreynin Deputatlar Palatasının (parlamentin aşağı palatası) bəyanatında deyilir.

“Deputatlar Palatası İsrailin Bəhreyndəki səfirinin Krallığı tərk etdiyini və Bəhreyn Krallığın İsraildəki səfirini ölkəyə qaytarmaq qərarına gəldiyini təsdiqləyir. İsraillə iqtisadi əlaqələr də dayandırılıb”, - deyə Krallığın Deputatlar Palatasının saytında dərc olunan bəyanatda deyilir.

Qanunverici orqan qeyd edib ki, bu qərar “Bəhreynin Fələstin məsələsinə və qardaş Fələstin xalqının qanuni hüquqlarına tarixi və güclü dəstəyinin təsdiqidir”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə